İngiltərə

“Çelsi”nin ulduzu ilə bağlı planı bəllidir: Qayıtsa…

Londonun “Çelsi” klubu Mixail Mudrikin futbola potensial qayıtmasından sonra onunla bağlı növbəti addımlarını nəzərdən keçirməyə başlayıb.

Aut.az xəbər verir ki, bu barədə “GiveMeSport” məlumat yayıb.

“Mavilər” ukraynalının artıq bir il futboldan kənarlaşdırıldığını nəzərə alaraq, onun potensial cəza müddətini tam çəkməyəcəyinə ümid edir.

Londonluların bossları Mudriki əməkdaşlıq etdikləri Fransa “Strasburq”una icarəyə verməyi planlaşdırır. Klub rəhbərliyi cinah yarımmüdafiəçisinin əsas heyətə qayıtmazdan əvvəl Fransada oyun formasını bərpa etməsini və müəyyən qədər oyun təcrübəsi qazanmasını istəyir.

Xatırladaq ki, Mudrik ötən ilin dekabrında götürülmüş dopinq nümunəsində meldonium aşkar edildiyi üçün oyunlardan kənarlaşdırılıb. Buna baxmayaraq, standart müddət artıq başa çatsa da, təkrar testin nəticələri hələ də açıqlanmayıb. “B” nümunəsi də müsbət nəticə verərsə, ukraynalı dörd ilə qədər diskvalifikasiya ilə üzləşə bilər.

Aut.az