Formula 1

Norris bu dəbilqəni imzalayan 21-ci çempion oldu

“Maklaren” pilotu Lando Norris ikonik dəbilqəni imzalayan 21-ci Formula 1 çempionu olub.

Aut.az xəbər verir ki, bu imza mərasimi üçqat dünya çempionu Ser Ceki Stüart tərəfindən demensiya xeyriyyə təşkilatçılığı üçün təşkil edilir.

Dəbilqə lotereyada əsas mükafat idi və əldə edilən gəlir bu xəstəliyin qarşısının alınması və müalicəsi üzrə qabaqcıl tədqiqatlara yönəldilir.

Stüart özünün “Race Against Dementia” xeyriyyə təşkilatının mətbuata açıqlamasında bildirib ki, “Demans həyatımın ən böyük çətinliyidir, yarışda qarşılaşdığım hər şeydən daha böyükdür. Həyat yoldaşım Helenin bu xəstəliklə yaşadığını görmək, müalicə üçün mübarizə aparmaqda əvvəlkindən daha qətiyyətli olmağıma səbəb oldu”.

Əbu-Dabi Qran Prisində titul qazandıqdan sonra tarixdə 35-ci dünya çempionu olan Norris imza kolleksiyasını tamamlayıb.

Dəbilqəni imzalayan çempionlar arasında Maks Ferstappen, Fernando Alonso, Mixael Şumaxer, Alen Prost, Kimi Raykkonen, Conson Button, Sebastian Fettel, Niko Rosberq, Luis Hemilton və başqaları var.

Aut.az