“Adidas” ilə “Mercedes”i nə birləşdirir? – Çoxillik müqavilə imzalandı
“Mercedes” Formula 1 komandası Almaniyanın idman geyimləri istehsalçısı “Adidas” ilə əməkdaşlığa başladığını elan edib.
Aut.az xəbər verir ki, bu barədə məşhur avtombil brendi məlumat yayıb.
“Adidas” ilə tərəfdaşlığımız, bir komanda olaraq hekayəmizin növbəti fəslini yazmağa başlayarkən niyyətimizin aydın ifadəsidir.
“Adidas” təkcə atletik performansa deyil, həm də üsluba və incəliyə olan bağlılığımızı bölüşən əlamətdar bir markadır. Buna görə də, bu elan idmanımızda komanda və azarkeş geyiminin mənasını yenidən müəyyənləşdirəcək yenilikçi əməkdaşlığı təmsil edir.
Biz çempionluq uğrunda birlikdə mübarizə aparmağa çalışarkən yeni zəmin yaratmağa və “Adidas” ilə tərəfdaşlığa başlamaqdan məmnunuq”, – deyə “Mercedes”in rəhbəri Toto Volff bildirib.
Tərəflər çoxillik müqavilə imzalayıblar ki, bu müqaviləyə əsasən, “Adidas” sürücülər, mexaniklər və mühəndislər də daxil olmaqla, bütün komanda üçün tam çeşidli avadanlığın layihələndirilməsi və yaradılması ilə məşğul olacaq.
Xatırladaq ki, növbəti mövsümdə “Mercedes”i trasda Corc Rassel və debütant Andrea Kimi Antonelli təmsil edəcək.
Aut.az
