“Red Bull”dan Ferstappenlə bağlı vacib açıqlama
“Red Bull” komandasının direktoru Laurent Mekies Maks Ferstappenin komandanın gələcəyindəki rolundan danışıb.
Aut.az xəbər verir ki, onun sözlərini Formula 1-in mətbuat xidməti yayıb.
“Həqiqət budur ki, “Red Bull” Maksa çox sadiqdir. Biz bunu ona ən yaxşı avtomobil verməklə artıq nümayiş etdirmişik. Bunu ona vermək hər bir RB əməkdaşının arzusudur.
Ferstappen layihəmizin mərkəzi fiquru, əsas oyunçudur və trekdə onun sehrinə ehtiyacımız var. O, uzun müddətdir komandadadır və hər dəfə məqsədimizə çatmaqda bizə kömək edir”, – Mekies deyib.
Aut.az
