Formula 1

Hemilton şikayət etdi: Ağrıları var

Yeddidəfə dünya çempionu, “Ferrari” komandasının pilotu Lyuis Hemilton Monza yarışında çanaq nahiyəsində narahatlıq yaşadığını bildirib.

Aut.az xəbər verir ki, britaniyalı pilot bu barədə İtaliya Qran-Prisi çıxışından sonra mexaniklərinə məlumat verib.

“Mən pedal üzərində daha çox təzyiq göstərə bilmirdim, həddi hiss edirdim. Hücum etdiyim zaman ağrı hiss etdim” – deyə Hemilton çanaq nahiyəsini göstərərək bildirib. “Əgər pedal forması dəyişibsə, indi səbəb aydındır», – deyə o əlavə edib.

İtaliya Qran-Prisində Lyuis Hemilton altıncı yeri tutub. Formula-1 şəxsi hesabında da pilot altıncı pillədədir və 117 xal toplayıb. “Ferrari” komandası Konstruktorlar Kubokunda ikinci sıradadır. Lider “McLaren” komandasıdır və 617 xal toplayıb.

Aut.az