Təsdiqləndi: Ən azı 2 il də “Red Bull”da qalacaq
Serxio Peres “Red Bull”la yeni müqavilə bağlayıb.
Aut.az xəbər verir ki, Formula 1 çempionları sürücünün iki illik müqavilə imzaladığını və ən azı 2026-cı ilin sonuna qədər komandada qalacağını təsdiqləyiblər.
34 yaşlı meksikalı 2021-ci il mövsümündən bəri Maks Ferstappenlə birlikdə yarışır. Ötən il Çeko karyerasında ilk dəfə vitse-çempion olub, cari çempionatda isə beşinci yerdədir.
Aut.az
