Alonsodan danışdı: Ümid edirəm ki, bu, Madriddə baş verər
“Formula 1″in baş direktoru Stefano Domenikali İspaniya Qran Prisinin Madriddə keçirilməsi ilə bağlı müqavilənin bağlanmasından danışıb.
Aut.az xəbər verir ki, onun fikrincə, bu hadisə “Aston Martin” komandasının sürücüsü Fernando Alonsonun karyerasını davam etdirməsi üçün stimul ola bilər.
“Fernandonun Madriddə qalib gəldiyini təsəvvür edə bilərəmmi? Mən yalnız ümid edə bilərəm ki, bu, Madriddə baş verə bilər”, – deyə Domenikali bildirib.
Qeyd edək ki, hazırda Fernando Alonsonun 42 yaşı var.
