Dünya futbolu

Prokuror 9 il iş istədi – “Kriminal” futbolçuya

“Spartak”ın hücumçusu Kvinsi Promesi 1370 kq ağırlığında külli miqdarda kokainin qaçaqmalçılığında iştirak etdiyinə görə 9 il həbs cəzası gözləyir.

Aut.az xəbər verir ki, bu barədə “De Telegraaf” məlumat yayıb. Bildirilir ki, Niderland prokurorluğu bugünkü məhkəmə iclasında futbolçuya bu müddətin verilməsini istəyib.

Məhkəmənin fikrincə, Promes 2020-ci ilin yanvarında Antverpen limanına gələn iki kokainin qaçaqmalçılığında “həlledici rol” oynayıb. O, özü məhkəmə iclasında iştirak etməyib, Niderland prokurorluğu onun ekstradisiyasına nail ola bilməyib. Hazırda futbolçu “Spartak”la BƏƏ-dədir.

Xatırladaq ki, Promes bu mövsüm “Spartak”ın heyətində bütün turnirlərdə 21 oyun keçirib və 8 qol vurub və 8 məhsuldar ötürmə edib.

Qeyd edək ki, bu Promesə qarşı yeganə ittiham deyil. O, əmisi oğlunun da bıçaqlanmasında ittiham olunur.

Aut.az