Dünya futbolu

Messi onların hər birinə möhtəşəm hədiyyə göndərdi – FOTOLAR

Argentina millisinin üzvü Lionel Messi DÇ-2022-də çıxış edən futbolçu heyətinə xüsusi hədiyyə göndərib.

Aut.az xəbər verir ki, PSJ-nin forvardı komanda yoldaşların qızıl örtüklü “İphone” telefonu bağışlayıb. Telefonun arxasında futbolçunun adı, forma nömrəsi və “World cup 2022 championship” yazılıb. Eyni zamanda, Argentina Futbol Federasiyasının loqosu da əks olunub. Superulduz komanda yoldaşlarına imzalı formasını da göndərməyi unutmayıb.

Bu, telefonlarına hazırlanmasına görə Messi 200 min avro xərcləməli olub.

Qeyd edək ki, Leonun kapitanı olduğu Argentina millisi ötən il Qətərdə keçirilən Dünya çempionatının qalibi olub.