Enrike PSJ-nin əsas hədəfini açıqladı: Bunu etmək çox çətindir
PSJ-nin baş məşqçisi Luis Enrike komandanın yeni mövsümdəki hədəflərindən danışıb.
Aut.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu sözləri deyib:
“Tarix yazmağa davam etmək – buraya gəldiyim ilk gündən məqsədim budur. Hazırda buna nail ola bilirik, amma Çempionlar Liqasını ardıcıl iki dəfə qazanmaq çox çətindir. Buna baxmayaraq, bu bizim hədəfimizdir. Çox iddialıyıq. Bilirik ki, asan olmayacaq, amma belə düşüncə tərzi üçün bu normaldır. Hər şey bizdən, səviyyəmizdən asılı olacaq”.
Xatırladaq ki, ötən mövsüm PSJ Çempionlar Liqasının finalında “İnter”i 5:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Komanda həmçinin Fransa çempionu adını qazanıb, ölkə kuboku və superkubokunu da əldə edib.
Aut.az
