Dünya futbolu

Futbolçu 51 nəfərin həlak olduğu faciədən sağ çıxdı

Şimali Makedoniyanın “Şkupi” klubunun futbolçusu Andrey Lazarov ölümdən dönüb.

Aut.az xəbər verir ki, o, Koşçan şəhərində gecə klubunda baş verən yanğında xəsarətlər arasında olyub. Bu klubun mətbuat xidməti məlumat yayıb.

“İlk növbədə nəzərinizə çatdırırıq ki, futbolçumuz Andrey Lazarov gecə saatlarında Koşçanda baş verən yanğın nəticəsində bədəninin bəzi hissələri yanıb, reanimasiyada olsa da, sağdır. Onun yaxınları və dostları ilə əlaqə saxladıqdan sonra bu məlumatı təsdiqlədik. Andreyə tezliklə sağalıb qayıtmasını arzulayırıq.

Bu çətin zamanda bu faciədə həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı veririk. Qəlbimiz həlak olanların ailələrinə və bütün ölkəmizə səbirsizlənir”, – deyə “Şkupi” açıqlamasında bildirib.

25 yaşlı Lazarov Şimali Makedoniya klubları ilə yanaşı, Xorvatiyanın “Rudeş” və “Qoritsa” klublarında çıxış edib. O, Şimali Makedoniyanın gənclər yığmasınıın üzvü olub.

Qeyd edək ki, faciə nəticəsində 51 nəfər həlak olub.

Aut.az