Həbiblə razılığa gəlmək çətindir, İslam isə… – Amerikalı məşqçi
Amerikalı MMA məşqçisi Xavyer Mendes iki məşhur tələbəsini – hazırkı UFC çempionu İslam Maxaçovu və sabiq çempion Həbib Nurməhəmmədovu müqayisə edib.
Aut.az xəbər verir ki, Mendesin sözlərini “The Independent” sitat gətirib.
“İslam Həbib kimi deyil. Həbiblə razılığa gəlmək daha çətindir, İslam həmişə məndən, Həbibdən və digər məşqçilərdən aldığı göstərişlərə əməl edir. Maxaçev həmişə ümidləri doğruldur, o, yaxşı tələbədir”, – Mendes bildirib.
İslam Maxaçev MMA üzrə 28 döyüş keçirib və onlardan 27-də qalib gəlib. Karyerasını bitirən Həbib Nurməhəmmədov keçirdiyi 29 döyüşdə 29 qələbə qazanıb.
Aut.az
