70 illik həsrət bitdi
Londonda “Liverpul” və “Nyukasl” arasında İngiltərə Liqa Kubokunun finalı keçirilib.
Aut.az xəbər verir ki, bu görüşdə “sağsağanlar” daha güclü olub – 2:1. “Qırmızılar”ın heyətində Federiko Kyesa, nominal qonaqlardan isə Den Bern və Aleksandr İsak fərqlənib.
Beləliklə, “Nyukasl” 70 ildən sonra ilk dəfə kuboku qazanıb. “Ağ-qaralar” İngiltərədə sonuncu dəfə 1955-ci ildə titul qazanıb. Bu, ölkə kuboku yarışında təsadüf edib.
Aut.az
