Hokkey

Tarixi rekorda yaxınlaşır: Biletlər fantastik həddə bahalaşır

“Vaşinqton”un iştirak etdiyi NHL oyunlarına biletlər ikiqat bahalaşıb.

Aut.az xəbər verir ki, “Washington Post”un “TickPick” analitiklərinə istinadən verdiyi məlumata görə, buna paytaxt klubunun lideri Aleksandr Oveçkinin Ueyn Qretskinin qol rekorduna yaxınlaşması səbəb olub.

Mənbənin sözlərinə görə, qiymətlər fevralın sonunda Oveçkinin “Edmonton”la oyunda (7:3) het-trik etdiyi zaman artmağa başlayıb. O vaxtdan bəri orta bilet qiyməti 25%, ən ucuzları isə 30% artıb.

Ən böyük artım aprelin 3-də “Vaşinqton”un “Karolina” ilə keçirəcəyi oyunun biletlərində olub.  Biletlər 82 dollardan 159 dollara (94 faiz artaraq) qədər artıb.

“Qiymət artımı baxımından gördüklərimizə əsasən, aprelin 2-dən aprelin 10-a qədər rekordun qırılacağını gözləyirik. Əgər “Vaşinqton”un oyunu evdə olsaydı, ən ucuz biletin 800 ilə 1000 dollar arasında olacağını təsəvvür edərdim”, – kontent rəhbəri  Keyl Zorn bildirib.

Rus xokkeyçinin hazırda NHL-də 887 qolu var. O, rekordçu Qretskidən 7 qol geri qalır (894).

Aut.az