Hokkey

Het-trik etdi, qızıl zəncir verdilər – VİDEO

Bazar günü, fevralın 23-də NHL-in adi mövsümündə “Vaşinqton” “Edmonton”la qarşılaşıb.

Aut.az xəbər verir ki, görüş paytaxt klubunun 7:3 hesablı qələbəsi ilə başa çatıb.

Bu oyunda “Vaşinqton”un kapitanı Aleksandr Oveçkin het-trik edib. O, matçın ən yaxşı oyunçusu seçilib. Oyundan sonra paltardəyişmə otağında ona qızıl zəncir hədiyyə edilib.

Oveçkin Ueyn Qretskinin tarixi rekordundakı fərqi də aradan qaldırır. Kanadalının 894 qolluq rekordunu təkrarlamaq üçün Oveçkinə cəmisi 12 qol lazımdır.

Aut.az