Dünya futbolu

Daha bir futbolçu zorakılıqda ittiham edildi  

Moskva “Lokomotiv”nin futbolçusu, icarə əsasında Braziliyanın “San Paulo” klubunda çıxış edən Pedro Qabriel keçmiş sevgilisi Amanda Nunes tərəfindən ailədaxili zorakılıqda ittiham edilib.

Aut.az xəbər verir ki, bu barədə “Globo” məlumat yayıb.

Nunes 23 yaşlı Qabrieli məişət zorakılığı, hədələmə və bədənə xəsarəti yetirməkdə günahlandırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları 20 yaşlı qızın bədənində xəsarət izlərinin olmasını qeydə alıblar.

“San-Paulu” polis araşdırmasını yaxından izləyəcək. Klub qadınlara qarşı aqressiyaya heç vaxt göz yummayacaq və araşdırmadan sonra bütün lazımi tədbirləri görəcək”, – Braziliya komandasının açıqlamasında deyilir.

Qabriel 2022-ci ilin sentyabrında “Lokomotiv”ə keçib. Transfer məbləği 3,5 milyon avro olub. Dekabrda Moskva klubu onu 2023-cü ilin sonuna qədər “San-Paulu”ya icarəyə verib.

Aut.az