Türkiyə

Mahir Emreli üçün şans – Qol vursa…

Milli komandamızın üzvü Mahir Emreli həftə sonu “Konyaspor”da debüt edəcək.

Aut.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Onun “ağ-yaşıllar”ın “Giresunspor”a qarşı keçirəcəyi Super Liqa matçında əsas heyətdə yer alacağı gözlənilir. 25 yaşlı forvard sözügedən görüşdə hücumun mərkəzində yer alacaq. Son 4 rəsmi oyunda fərqlənməyən “Konyaspor”un qol ümidi azərbaycanlı futbolçu olacaq.

Yeni transferlər Marlos Moreno və Alexandro Posuelo da “Giresunspor”la oyunda əsas heyətdə meydanda çıxacaq.

Qeyd edək ki, “Konyaspor” – “Girensunspor” matçı martın 5-də keçiriləcək.