Dünya futbolu

Türkiyəyə 1,5 milyonluq dəstək

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Türkiyədə baş verən zəlzələlərdən əziyyət çəkənlərə yardım məqsədi ilə təşkil olunan “Omuz-Omuza”( “Çiyin-Çiyinə”) kampaniyasına qoşulub.

Aut.az xəbər verir ki, qətərli biznesmen kampaniyaya 3 istiqamətdə yardım ayırıb. PSJ-nin direktoru və “Digiturk” şirkətinin sahibi kimi 1 milyon avro ödəniş edib. Əl-Xelaifi idarə heyətində yer aldığı Avropa Klublar Birliyinin adından da zəlzələ qurbanlarına dəstək olub. Bu məbləğ 500 min avro təşkil edib.

Qeyd edək ki, kampaniyaya PSJ-nin hücumçusu Kilian Mbappe də qoşulub.