Dünya futbolu

Neymar seksizmdə ittiham olunur: Onu hansı cəza gözləyir?

“San­tos” Braziliya A Seriyasında “Remo Belem”i 2:0 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, buna baxmayaraq, komandanın hücumçusu Neymar hakimlikdən narazı qalıb. “Bu, matçın ulduzu olmaq istəyən hakimlərdən biridir. Düşünürəm ki, hakimin menstruasiyası var idi, ona görə də oyunu belə idarə etdi”, — deyə o bildirib.

Neymar kişi hakimdən danışsa da, onun bu sözləri geniş müzakirələrə səbəb olub. Braziliyalı ulduz seksizmdə ittiham olunur. “talkSPORT”-un məlumatına görə, Neymarı indi 12 oyuna qədər diskvalifikasiya cəzası gözləyə bilər.

34 yaşlı futbolçu bundan əvvəl mart ayındakı toplanış üçün Braziliya millisinə dəvət almamasından da narazı qalmışdı.

Aut.az