Ən yaxşı komanda o komandadır ki… – Anri izahını verdi
“Arsenal”, “Barselona” və Fransa yığmasının sabiq hücumçusu Tyeri Anri Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real” – “Mançester Siti” matçından sonra müdafiə hərəkətlərinin müasir futbolda rolundan danışıb.
Aut.az xəbər verir ki, Anri bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Müdafiə deyilən bir şey var. Müdafiə olunmaqla oyunu idarə edə bilərsiniz. İnsanlar deyəcəklər ki, “Siti” daha yaxşı komandadır, amma müdafiə olunmaq oyunun bir hissəsidir. İnanıram ki, ən yaxşı komanda yaxşı müdafiə olunan komandadır”, – Anri deyib.
Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” ilə “Real” arasında cavab oyunu aprelin 17-də baş tutub. Matçın əsas və əlavə vaxtı heç-heçə başa çatıb – 1:1 (ümumi 4:4). Penaltilər seriyasında “Real Madrid” daha güclü olub – 4:3.
Aut.az
