Formula 1

Las-Veqasdakı qələbədən sonra gecə klubuna gəlib – Görüb ki…

Üçqat dünya çempionu, “Red Bull” komandasının pilotu Maks Ferstappen ötən mövsüm Las-Veqas Qran Prisində qazandığı qələbəni necə bayram etməsindən danışıb.

“Mən kluba gəldim və ora bomboş idi. Çox gec idi. Düşündüm ki, insanlar bütün həftə əyləniblər və sadəcə yorulublar.

Ancaq dostlarım və ailəmlə birlikdə olduğum üçün bu, həqiqətən də əla oldu. Başqa heç kim bayram etmədi. Bu, daha çox şəxsi kluba bənzəyirdi”, – deyə Ferstappen “Red Bull” podkastında bildirib.

Xatırladaq ki, Ferstappen 2023 Formula 1 mövsümünün qalibi olub. O, çempionluq titulunu vaxtından əvvəl qazanıb. Maks bunu Qətər sprintinin nəticələrinə görə əldə edib.

Aut.az