Tennis

Həmkarına belə cavab verdi: Gözübağlı məşq etdi – FOTO

Amerikalı tennisçi Coco Qoff maraqlı addım atıb.

Aut.az xəbər verir ki, o son məşqinin bir hissəsində sol gözünü bağlayıb. Xanım tennisçi bununla tək gözlə oynadığını nümayiş etdirib.

Qeyd edək ki, dünyanın birinci raketkası polşalı İqa Sviatek məşqlərinin birində ağzını lentlə bağlayaraq tennis oynayıb. Daha sonra məlumat verilib ki, polşalı tennisçinin məşqçiləri onun kortda dözümlülüyünü artırmaq üçün belə məşq ediblər.

Qoffun məhz Sviatekə cavab olaraq belə addım atdığı iddia edilir.

Həmkarına belə cavab verdi: Gözübağlı məşq etdi - FOTO