100-ə çata bilmədi
Serbiyalı tennisçi Novak Cokoviç Mayami Masters (ABŞ) turnirinin qalibi ola bilməyib.
Aut.az xəbər verir ki, onun rəqibi çexiyalı Yakub Menşik olub. 2 saat 5 dəqiqə davam edən qarşılaşma 7:6 (7:4), 7:6 (7:4) hesabı ilə başa çatıb.
Beləliklə, Cokoviç karyerasında 100-cü titulunu qazana bilməyib.
Aut.az
