Tennis

Azarkeşlər Şarapovanı birinci etdilər

Beşqat Böyük Dəbilqə çempionu və dünyanın keçmiş bir nömrəsi Mariya Şarapova Beynəlxalq Tennis Şöhrət Zalının azarkeş sorğusunda qalib gəlib.

Aut.az xəbər verir ki, ABŞ-ın cütlüklər komandası Bob və Mayk Brayan ikinci, kanadalı Daniel Nestor isə üçüncü yeri tutub.

Azarkeşlərin səsverməsi Şöhrət Zalı seçki prosesində iki addımdan biridir. Azarkeşlərin səsverməsinə əlavə olaraq, tennis jurnalistləri, tarixçilər və Şöhrət Zalı üzvlərindən ibarət rəsmi səsvermədə iştirak edəcək.

Azarkeşlərin sorğusunda qalib olan Şarapova ümumilikdə 3 faiz xal qazanacaq.

Aut.az