“Barsa”nın maliyyə vəziyyəti düzəlmir? – Yeni ulduzun qeydiyyatı ləğv edilə bilər
İspaniyanın nüfuzlu “Marca” nəşri La Liqanın idman komandalarının saxlanması üçün maaş limitlərini dərc etdikdən sonra “Barselona”nın maliyyə vəziyyətinin bəzi təfərrüatlarını açıqlayıb.
Aut.az xəbər verir ki, dərc olunan hesabatdan sonra məlum olub ki, Kataloniya klubu icazə verilən maaş limitini 426 milyon avroya qədər artırıb. Bununla belə, “Barsa hələ də 1/1 (birə bir) adlanan qaydaya əməl etmir. 2025-ci il yanvarın 1-dən əvvəl vəziyyət düzəlməzsə, komandaya yeni gələn Dani Olmo yenə də qeydiyyatdan keçməmiş oyunçu sayılacaq.
Xatırladaq ki, “Barsa” zədəli müdafiəçi Andreas Kristensenin əvəzinə oyunçunu heyətə cəlb etmək hüququndan istifadə edərək, Danini La Liqada qeydiyyatdan keçirə bilib.
Aut.az
