İspaniya

Arda Gülərdən xəbər var

“Real”ın yarımmüdafiəçisi Arda Gülər ​​sol ayağının ön düz əzələsindən aldığı zədədən sonra fərdi məşqlərə başlayıb.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Mənbənin məlumatına görə, türkiyəli futbolçu sentyabrda məşq zamanı aldığı zədədən tam sağalıb. Bundan əvvəl yarımmüdafiəçi meniskindən aldığı zədə səbəbindən iki ay yaşıl meydanlardan kənarda qalmışdı.

Xatırladaq ki, Gülər ​​ötən yay “Fənərbağça”dan 20+10 milyon avroya “Real”a keçib. Hazırda yarımmüdafiəçi Madrid təmsilçisində bir oyun belə keçirməyib.

Gülər ​​ötən mövsüm “Fənərbağça”nın heyətində bütün yarışlarda 34 matça çıxıb, 6 qol vurub, 6 məhsuldar ötürmə edib. Futbolçunun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin iyunun sonuna kimi qüvvədədir. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.

Aut.az