Pereslə Ançelotti qərar qəbul etdi: O, qışda yola salınır
“Real Madrid”in mərkəz müdafiəçisi Xesus Valyexo komandanı tərk edəcək.
Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “Fichajes.net” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, klub prezidenti Florentino Peres və baş məşqçi Karlo Ançelotti artıq müvafiq qərar qəbul ediblər.
27 yaşlı futbolçunun 2024/25 mövsümünün sonuna qədər müqaviləsi var, lakin klub onun gedişini sürətləndirmək istəyir.
Cari mövsümdə Xesus Valyexo klub səviyyəsində 1 oyun keçirib (10 oyun dəqiqəsi) və fərqlənə bilməyib. “Transfermarkt” portalı futbolçunun dəyərini 1 milyon avro qiymətləndirir.
Aut.az
