İngiltərə

Ten Haqdan etiraf: Onların arasında dostlarım yoxdur

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasında çalışan digər məşqçilərlə münasibəti haqda danışıb.

Aut.az xəbər verir ki, niderlandlı mütəxəssis onların arasında dostlarının olmadığını bildirib.

“Xeyr, biz sadəcə həmkarıq, dost deyilik. İngiltərə futbolunda hər zaman matçlardan sonra görüşmək ənənəsi olub, lakin bu gün bu ənənə getdikcə aradan qalxır”, – Ten Haq “Sky Sports”a bildirib.

Ten Haq 2022-ci ilin yayında “qırmızı şeytanlar”ın baş məşqçisi təyin olunub. Onun əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. İngiltərə çempionatının cari mövsümünün beş oyunundan sonra “Mançester Yunayted” 7 xal toplayıb və 11-ci yerdədir.

Aut.az