İngiltərə

Salah gələcəyi ilə bağlı qərar verdi: Danışıqlar başladı

“Liverpul”un misirli oyunçusu Məhəmməd Salah karyerasını harada davam etdirməklə bağlı qərar verib və klubla danışıqlara başlayıb.

Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Mənbənin məlumatına görə, 32 yaşlı futbolçu “Liverpul”la müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb. Səudiyyə Ərəbistanı klubları hələ də oyunçunu, 3 il ərzində 200 milyon avro maaş təklif edərək, öz liqalarına cəlb etməyə ümid edirlər.

Məhəmməd Salah bu mövsüm klub səviyyəsində 35 oyun keçirib, 27 qol vurub və 19 məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalı oyunçunun dəyərini 55 milyon avro qiymətləndirir.

Aut.az