İngiltərə

Mançesterdə Qvardiolaya möhtəşəm jest edildi – FOTO

Mançester şəhərinin yaşayış binalarından birinin fasadında “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolaya həsr olunmuş böyük divar rəsmi peyda olub.

Aut.az xəbər verir ki, səbəb ispaniyalı mütəxəssisin baş məşqçi kimi 1000-ci oyununu keçirməsidir. Divar rəsmi Muralda Qvardiolanın portreti ilə yanaşı, onun məşhur sitatlarından biri də yer alıb: “Perfeksionizm? Bu, işimin bir hissəsidir”.

Qeyd edək ki, Qvardiola məşqçilik karyerası ərzində “Barselona” və “Bavariya”nı da çalışdırıb.

Aut.az

Mançesterdə Qvardiolaya möhtəşəm jest edildi - FOTO