Azarkeş oyuna ürəyinə qoşulmuş cihazla gəldi – FOTO
“Srvena Zvezda”nın basketbol komandasının azarkeşi son keçirilən Avroliqa matçına “Panatinaikos”a qarşı oyuna (86:68) ürək ritmini izləyən cihazla gəlib.
Aut.az xəbər verir ki, həmin fanatın fotoları qısa müddətdə sosial şəbəkələrdə yayılaraq viral olub. Bildirilir ki, kişi oyunu “Holter” adlı — ürək döyüntülərini fasiləsiz qeydə alan portativ cihazla izləyib.
Hadisəyə Avroliqanın mətbuat xidməti də reaksiya verib. Liqanın rəsmi hesabında həmin azarkeşin fotosu paylaşılaraq mövsümün devizi olan “Born not built” (“Yaradılıb, yoxsa qurulmayıb”) şüarı və zarafatla yazılmış “Gələn dəfə bu azarkeş evdə qalsın” qeydi əlavə olunub. Paylaşım qısa zamanda çoxlu rəy toplayıb.
Aut.az

