İngiltərəİspaniya

Bəlli oldu: “Çelsi” onu “Real”a ancaq bu qiymətə sata bilər

“Çelsi”nin yarımmüdafiəçi Entso Fernandesi “Real Madrid”ə satmaq üçün tələb etdiyi məbləğ bəlli olub.

Aut.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

“Əgər “Real Madrid” kimi bir klub bu yay Fernandes üçün 100 milyon funt sterlinqdən çox təklif etsəydi, “Çelsi” bunu nəzərdən keçirərdi. “Çelsi” onu tamamilə toxunulmaz hesab edir. Entso və onun yeni nümayəndələri “Real Madrid”in bu yay yeni yarımmüdafiəçi transfer etmək istədiyini bilirlər”, – məlumatda deyilir.

Fernandesin “Çelsi” ilə müqaviləsi 30 iyun 2032-ci ilə qədərdir. Yarımmüdafiəçi bu mövsüm London klubunun heyətində bütün yarışlarda 46 oyunda iştirak edib, 12 qol vurub və altı məhsuldar ötürmə edib.

Aut.az