İngiltərə

Derbidə “Yunayted” forması geyinən barmen işdən qovuldu – FOTO

“Siti”nin “Yunayted”i 3:0 hesabı ilə darmadağın etdiyi Mançester derbisi meydandan kənarda mübahisəsiz ötüşməyib.

Aut.az xəbər verir ki, “Etihad” tribunalarında barmenlərdən biri “Mançester Yunayted”in formasında azarkeşlərə xidmət göstərib və bunun bədəlini isinim itirməklə ödəyib.

“Siti” azarkeşi “Yunayted”in 2018/19 mövsümü üçün tünd səfər formasını geyinmiş işçini görüb və klubun azarkeş xidmətinə foto göndərib. Reaksiya dərhal olub:

“Bizə məlumat verdiyiniz üçün təşəkkür edirik. Biz təsdiq edə bilərik ki, bu şəxs artıq stadionda işləmir”, – deyə “Siti” cavab verib.

Derbidə “Yunayted” forması geyinən barmen işdən qovuldu – FOTO

Aut.az