İngiltərə

Vengerdən onlara tövsiyə: İngilisə güvənin

“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger İngiltərə millisini kimin çalışdırması ilə bağlı fikrini bildirib.

Aut.az xəbər verir ki, Venger ingilislərə tövsiyə edib ki, yerli mütəxəssisə güvənsinlər.

“Məşqçinin ingilis olması vacibdir. İngiltərə kimi bir ölkənin futbola böyük təsiri var və onun lideri də ingilis olmalıdır.

Əgər ingilissənsə və Fransaya rəhbərlik edirsənsə və İngiltərə ilə oynayırsansa, dövlət himnini belə oxuya bilməyəcəksən. Bu qəribədir”, – Venger bildirib.

Hazırda İngiltərə yığmasına müvəqqəti olaraq Li Karsli rəhbərlik edir. Baş məşqçi postuna namizədlər arasında Xosep Qvardiola və Tomas Tuxel də var.

Aut.az