Modriç “Real” tarixinin rekordunu təkrarladı
“Real” qazandığı 36-cı İspaniya çempionluğu Madrid klubunun futbolçusu Luka Modriç üçün uğurlu olub.
Aut.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi “Los Blankos” ilə 25-ci titulunu qazanıb. O, bu göstəriciyə görə “Real”nn rekordçuları və keçmiş komanda yoldaşları – Marselo və Kərim Benzemaya çatıb.
Eyni zamanda komandanın baş məşqçisi Karlo Ançelotti üçün bu, 12-ci tutul olub. O, Zinəddin Zidanı (11) geridə qoyub. İtalyan mütəxəssis yalnız Migel Munyosdan (15) geri qalır.
