17 yaşlı qapıçı 80 metrdən qol vurdu – VİDEO
Braziliyanın “Atletiko Paranaense” klubunun 17 yaşlı ukraynalı qapıçısı Maksim Voronov gənclərdən ibarət komandanın heyətində “Parana STS”-dəki həmyaşıdlarına qarşı oyunda qol vurub.
Aut.az xəbər verir ki, ukraynalı futbolçu rəqibin hücumu zamanı topu var qüvvəsi ilə uzaqlaşdırıb O qədər güclü zərbə endirib ki, top rəqib qapısından keçib.
Görüş “Atletiko Paranaense”nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Voronov “Metalist Xarkov”un yetirməsidir və ötən ilin mayında “Atletiko Paranaense”nin sıralarına qoşulub.
GOL DE GOLEIRO! 😱
O jogo tava 2×2 com o PSTC pelo Paranaense Sub-20. O goleiro ucraniano Maksym foi dar o chutão e rolou isso aí…🎥 https://t.co/9OSIdWwgHT #Athletico #PiazadaDoCaju pic.twitter.com/hVNuUEEQbl
— Athletico Paranaense (@AthleticoPR) May 4, 2024
