İspaniya

Mbappe Ronaldonun nailiyyətini üstələdi

Kilian Mbappe “Real Madrid”də ilk mövsümündə vurduğu qolların sayına görə braziliyalı Ronaldonu geridə qoyub.

Aut.az xəbər verir ki, Mbappe “Vilyarreal”la oyunda 6 dəqiqə ərzində dubl edib.

Fransız ilk mövsümündə bütün yarışlarda keçirdiyi 44-cü matçında “Real”ın heyətində 30 və 31-ci qollarını vurub.

Bu göstərici ilə Mbappe  Ronaldonun nailiyyətini üstələyib.

Mbappe yay transfer pəncərəsində “Real”a keçib və 2029-cu ilə qədər müqavilə imzalayıb. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 160 milyon avrodur.

Aut.az