İtaliya

Özü gətirib, indi də deyir ki, italyan futbolunu bilmir

“Napoli”nin prezidenti Aurelio De Laurentis Neapol klubunun son uğursuz nəticələrindən danışıb, həmçinin komandanın hazırkı baş məşqçisi Rudi Qarsiya ilə bağlı fikirlərini bölüşüb .

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “X” hesabında De Laurentisin sözlərini sitat gətirib:

“Bu, Rudi Qarsiya üçün ən yaxşı anı deyil. İtaliya futbolunu o qədər də yaxşı bilməyən məşqçi seçmək qərarına gələndə belə hal baş verir. Ən yaxşı qərarı doğru zamanda verəcəm. Azarkeşlər mənə təsir edə bilməzlər”.

Xatırladaq ki, daha öncə mətbuatda dünən, oktyabrın 9-da “Napoli”nin rəhbərləri və məşqçinin iştirakı ilə yığıncaq keçirildiyi, orada komandadakı mövcud vəziyyətin müzakirə edildiyi barədə məlumat yayılmışdı. Yaxın vaxtlarda Neapol klubunun rəhbərliyinin 59 yaşlı mütəxəssisin gələcək taleyi ilə bağlı qərar verəcəyi vurğulanıb.

Aut.az