İbrahimoviç onların taleyindən danışdı: Satılacaqlar?
“Milan”ın idarə heyətinin müşaviri Zlatan İbrahimoviç komandanın aparıcı üzvləri Teo Hernandes, Rafael Leao və Mayk Manyan barədə danışıb.
Aut.az xəbər verrir ki, o, futbolçuların yayda komandadan ayrılmayacağını bildirib:
“Bəli, qalacaqlar. Manyan, Teo, həmçinin Leao da qalacaq. Onlar mövqelərində ən güclü oyunçulardan biridir. Bizimlə müqavilələri var. Burada xoşbəxtdirlər və onları satmağa ehtiyacımız yoxdur. Son iki ildə görülən işlər sayəsində güclü oyunçuları cəlb etmək və təkmilləşmək şansımız var”.
Leaonun “Milan”la müqavilə 2028-ci ilə qədərdir. Manyan və Hernandesin sözləşməsinin müddəti isə 2026-cı ilin yayında başa çatır.
Aut.az
