Qayıtdı – Balotelli A seriyasında
Mario Balotelli A Seriyasına qayıdıb. O, “Cenoa” ilə müqavilə bağlayıb.
Aut.az xəbər verir ki, 20 günlük danışıqlardan sonra Balotelli 2025-ci ilin iyununa qədər müqavilə imzalayıb. Bu barədə Fabritsio Romano məlumat yayıb.
Qalmaqallı hücumçu komandaya azad agent kimi qoşulub.
Balotellinin transferi “Cenoa” azarkeşləri arasında ajiotaja səbəb olub. Azarkeşlər 33 yaşlı hücumçunun komandaya fayda verəcəyinə inanırlar.
Aut.az
