Alleqri onu təhqir etdi: “Napoli” bəyanat yaydı
“Napoli” İtaliya Super Kubokunun yarımfinal matçında “Milan”ın baş məşqçisi Massimiliano Alleqrinin davranışından narazı qalıb.
Aut.az xəbər verir ki, bununla bağlı klubun rəsmi saytında bəyanat yayılıb.
“Napoli” İtaliya Superkubokunun yarımfinalında meydanda və canlı yayımda tamaşaçıların qarşısında Qabriele Orialini dəfələrlə və kobud şəkildə təhqir edən “Milan”ın baş məşqçisi Massimiliano Alleqrinin davranışını qətiyyətlə pisləyir. Ümid edirik ki, bu tamamilə nəzarətsiz hücum diqqətdən kənarda qalmayacaq, xüsusən də matçı 33 kamera yayımladığı üçün baş verənlərə şahid olmamaq mümkün deyili”, – klubun bəyanatında deyilir.
“Napoli” 2-0 hesabı ilə qalib gəlib.
Aut.az
