İtaliyaİngiltərə

“Napoli” “qırmızı şeytan”ı istəyir

“Napoli” “Mançester Yunayted”in yarımmüdafiəçisi Skott MakTominayı transfer etməkdə maraqlıdır.

Aut.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “qırmızı şeytanlar” 27 yaşlı şotlandiyalıya 30 milyon avro qiymət qoyub və futbolçunu icarəyə göndərmək fikrində deyil.

MakTominay “Mançester Yunayted”in yetirməsidir. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Ötən mövsüm o, 43 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az