Qaliblərin birgə FOTOSU
ABŞ Açıq çempionatının qalibi ispan tennisçi Karlos Alkaras və Belarus təmsilçisi Arina Sobolenko kuboklarla birgə foto çəkdiriblər.
Xatırladaq ki, ABŞ Açıq çempionatının finalında Alkaras italiyalı Yannik Sinnerə qalib gəlib. Qarşılaşma 6:2, 3:6, 6:1, 6:4 hesabı ilə başa çatıb. Turnirin ardından ispaniyalı tennisçi dünya reytinqinin birinci pilləsinə qayıdıb.
Sobolenko isə ötən il qazandığı titulu qoruya bildi və Böyük Dəbilqə turnirlərinin dördqat qalibi oldu. Finalda belaruslu amerikalı Amanda Anisimovaya 6:3, 7:6 (7:3) hesabı ilə qalib gəlib. Nyu-Yorkdakı kubok Sobolenkonun karyerasında 21-ci, 2025-ci ildə isə dördüncü oldu.
Aut.az
