Tennis

37 yaşında qayıtdı

Cənubi afrikalı məşhur tennisçi Kevin Anderson 37 yaşında idmana qayıdacağını açıqlayıb.

Aut.az xəbər verir ki, o, artıq 10 gündən sonra Nyuportda keçiriləcək turnirdə çıxış edəcək.

Xatırladaq ki, Anderson karyerasını 2022-ci ilin mayında başa vurub. Onun əsas nailiyyətləri “US Open-2017” və “Wimbledon-2018”-in finallarıdır.

Ümumilikdə Anderson karyerası ərzində 7 ATP turnirinin qalibi olub və dünya reytinqində beşinci yerə yüksələ bilib.

Aut.az