“Qarabağ”ın rəqibi hücumçusunu İngiltərəyə göndərdi
“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Linkoln” futbolçusu Freddi Dreyperi icarəyə verib.
Aut.az xəbər verir ki, 19 yaşlı hücumçu 2023/2024 mövsümünü “Uolsoll”da keçirəcək. Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
“Qarabağ”la “Linkoln” arasında ilk oyun 11 iyul tarixində Cəbəllütariqdə keçiriləcək. Cavab görüşü isə iyulun 19-da Bakıda baş tutacaq.
