İki əfsanə bu ölkədə qarşılaşdı – FOTO
Dördqat “Böyük Dəbilqə” çempionu və dünyanın bir nömrəsi, belaruslu tennisçi Arina Sobolenko 24 qat çempion, əfsanəvi serb Novak Cokoviçlə fotosunu yayımlayıb.
Aut.az xəbər verir ki, idmançılar Sobolenkonun istirahət etdiyi, Cokoviçin isə hazırda yaşadığı Yunanıstanda görüşüblər.
Sobolenko şəxsi sosial media səhifəsində fotoya “GOAT” (bütün zamanların ən böyükü)” şərhini yazıb.
Arina bacısı qızı ilə Novakın çəkdirdiyi fotonu da yerləşdirərək üzərinə “Bu dəfə daha yaxşı” şərhini yazıb.
27 yaşlı Sobolenko Çinin paytaxtı Pekində keçirilən WTA-1000 turnirindən “yüngül zədə səbəbindən” imtina edib. Cokoviç bu mövsüm Yunanıstanın paytaxtı Afinada keçiriləcək ATP-250 turnirində çıxış etməyi planlaşdırır.
Aut.az


