“Qarabağ” – “Turan Tovuz” matçında 8 qol
Əvəzedicilər Liqasında IV turun təxirə salınmış oyunu çərçivəsində “Qarabağ-2” doğma meydanda “Turan Tovuz-2” ilə qarşılaşıb.
Aut.az xəbər verir ki, bolqollu keçən qarşılaşmada Ağdam təsmilçisi 5:3 hesabı ilə qalib gəlib.
Qolları “Qarabağ-2″dən Hacı İbrahim, (34 (pen), Nicat Xasıyev (62, 87), Sənan Ağayev (80), Eltun Babazadə (90+4) vurublar. “Turan Tovuz-2” də Elçin Qasımov (1), Murad Dadaşov (8), Nicat Quliyev (75) fərqləniblər.
Qeyd edək ki, 5 oyundan 11 xal toplayan “Qarabağ-2” turnir cədvəlinə başçılıq edir. “Turan Tovuz-2” isə 6 xalla 6-cı pillədə qərarlaşıb.
Əvəzedicilər Liqası
IV tur
“Qarabağ-2” – “Turan Tovuz-2” 5:3
Qollar: Hacı İbrahim,34 (pen), Nicat Xasıyev (62, 87), Sənan Ağayev (80), Eltun Babazadə (90+4), – Elçin Qasımov (1), Murad Dadaşov (8), Nicat Quliyev (75)
