Sevgilisini belə təbrik etdi – FOTO
Üçqat Böyük Dəbilqə çempionu və dünya reytinqinin iki nömrəsi, belaruslu tennisçi Arina Sobolenko sevgilisi, braziliyalı iş adamı və yunan əsilli yarış pilotu Georgios Franqulisin ad gününü təbrik edib.
Aut.az xəbər verir ki, Sobolenko sosial şəbəkədə yazıb:
“Ad günün mübarək, sevgilim (Sabolenka bunu fransızca yazıb. – red.). Bəxtim gətirib ki, sən yanımdasan. Dəstəyin əvəzsizdir”.
Sentyabrın 7-də 26 yaşlı Sobolenko karyerasında üçüncü “Böyük Dəbilqə”ni qazanıb.
O, finalda amerikalı Cessika Pequlanı məğlub edərək karyerasında ilk dəfə ABŞ Açıq çempionu olub. Bundan əvvəl belaruslu iki dəfə – 2023 və 2024-cü illərdə Avstraliya Açıq çempionatının qalibi olub.








