Tennis

32 illik nailiyyəti təkrarladı

Dünya reytinqinin birincisi, Belarusiyalı tennisçi Arina Sobolenko britaniyalı rəqiblərə qarşı 10 oyunda 10 qələbə qazanaraq 32 illik rekordu təkrarlayıb.

Aut.az xəbər verir ki, bu, ABŞ-ın Sinsinnati şəhərində keçirilən “Masters 1000” turnirinin üçüncü mərhələsində reytinqin 39-cu pilləsindəki Emma Radukanunu 7:6 (7:3), 4:6, 7:6 (7:5) hesabı ilə məğlub etdikdən sonra baş verib.

Oxşar uğura daha əvvəl 1985–1992-ci illər arasında amerikalı Olimpiya çempionu və “Böyük Dəbilqə” turnirlərinin finalçısı Meri-Co Fernandes imza atmışdı.

Aut.az