Dünyanın bir nömrəsi hönkür-hönkür ağladı – VİDEO
Əfsanəvi tennisçi Novak Cokoviçin azarkeşlərlə görüşündə emosional anlar yaşanıb.
Aut.az xəbər verir ki, bir neçə min azarkeş ABŞ Açıq Çempionatının qalibi olmuş Cokoviçi Belqrad Şəhər Assambleyasının eyvanını qarşısında salamlayıb. İdmançı duyğularını saxlaya bilməyib və göz yaşlarına boğulub.
ABŞ Açıq çempionatında qazandığı qələbə sayəsində Cokoviç Peşəkar Tennis Assosiasiyasının (ATP) reytinq cədvəlində birinci yerə qayıdıb
Serb sayca 24-cü dəfə Böyük Dəbilqə yarışlarının titulunu qazanıb.
Tədbirdə Serbiyanın basketbol millisi də mükafatlandırılıb. Komanda finalda Almaniyaya uduzaraq dünya çempionatında ikinci yeri tutub.
